
Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, hadisə Zabrat və Maştağa qəsəbələri arasındakı ərazidə baş verib. Belə ki, kursantların təlim-məşqi zamanı birmotorlu "Cessna" markalı kiçik tutumlu təyyarə qəzaya uğrayıb və Maştağa Olimpiya Kompleksinin yanındakı əraziyə düşüb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Qaynar.info




