Xəbər lenti

Bakıda tibbi konfrans
Ölkə11:46 06.04.2013

Bakıda tibbi konfrans

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 5-də Ambassador oteldə, EuroMed Özəl Tibb Mərkəzinın təşkilatçılığı ilə “Mikrobioloji Dioqnostikada və Antibiotiklərə Rezistentliyin təyinində standartlar və yeniliklər“ mövzusuna həsr olunmuş konfrans keçirilib.

Qaynar.info-nun məlumatına görə, konfransa Azərbaycanın bir çox tanınmış həkimləri qatılıb. Tədbiri Araz Qədimzadə açıq elan edərək Vitek2 –compakt cihazının dünyada çoxdan istifadə edilməsindən və bu sahədə mütəxəssisləşmiş əcnəbi və yerli həkimlərin olduğundan danışıb.

Konfransda Türkiyədən dəvət edilmiş BioMerieux Dioqnostika Şirkətinin Qafqaz və Orta Asiya bölgələri üzrə direktoru Can Orhun, Dr. Oktay Öztürk və Azərbaycanın tibb elmləri üzrə fəlsəfə doktoru Ramin Bayramlı çıxış edib. O, həkimlərə mikrobiologiya sahəsindəki yeniliklərdən və dünyadakı son texnoloji nailiyyətlərlə bağlı məlumat veriblər.
Tədbirin sonunda qonaqlara məlumat kitabçaları paylanılıb.

Qaynar.info