Xəbər lenti

Bakıda ticarət mərkəzində vətəndaşı DÖYDÜLƏR
Ölkə10:12 03.12.2013

Bakıda ticarət mərkəzində vətəndaşı DÖYDÜLƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda "Xəqani" ticarət mərkəzində müştəri satıcı tərəfindən döyülüb.

Bu barədə Qaynar.info-ya zərəçəkən Qumru Abdullazadə adlı vətəndaşın bacısı Şəbnəm Abdullazadə məlumat verib: "Xəqani" Ticarət Mərkəzində pilləkənlərində oturmuşduq, adam gözləyirdik. Orada işləyən satıcılardan biri bizə etiraz etdi ki, burada niyə oturmusuz? Biz də dedik ki, adam gözləyirik və burda qanunsuz heç nə yoxdur. 

Satıcı ilə aramızda qısa mübahisə yarandı. Ordan ayrılıb getmək istəyirdik ki, mübahisə böyüməsin. Birdən satıcı bacımın üstünə hücum çəkdi. Onun boğazından tutub boğmağa başladı. İnsanlar yetişib ayırmasaydı, əməlli-başlı boğacaqdı bacımı. İnsanlar gəlib ayırdılar. Bacım hələ də özünə gəlməyib".

Məsələ ilə bağlı ticarət mərkəzinin mühafizə xidməti ilə əlaqə saxladıq. Mühafizə xidmətindən Qaynar.info-ya hadisənin baş verməsini təsdiqlədilər: "Qızlar arasında mübahisə düşəndən sonra onlar əlbəyxa oldular. Biz də onları ayırdıq. Sonra polis çağırdıq. Hazırda hər iki tərəf - həm satıcı, həm də digər 2 qız polis bölməsindədir".

Qaynar.info