Xəbər lenti

Bakıda tikiləcək 9 stansiya ilə bağlı yeni açıqlama
Ölkə07:02 03.11.2022

Bakıda tikiləcək 9 stansiya ilə bağlı yeni açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı Metropoliteni"nin xətlərinin ayrılması yeni konseptual inkişaf sxemi hazırlanan dövrdən ən aktual məsələdir".
Qaynarinfo xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Qurum rəsmisi əlavə edib ki, "İçərişəhər" və "Dərnəgül" metro stansiyaları istiqamətlərində xətlər ayrılacaq: "Xətlərin ayrılması üçün "Dərnəgül"dən "Koroğlu" istiqamətinə 3 stansiya inşa olunmalıdır. "Xətai" stansiyasından sonra isə 4 stansiya tikilməlidir.
Bundan xətlər müstəqil fəaliyyət göstərərkən mütləq stansiyanın arxasında qatarın bir yoldan digər yola keçərək əks istiqamətə etməsi üçün stansiya olmalıdır. Bunun üçün "İçərişəhər"dən sonra 1, tövsiyyə olunandır ki, 2 stansiya inşa olunsun. Bu, metropoliten üçün sıxlıqları aradan qaldıracaq".
Ətraflı videoda izləyə bilərsiniz: