Xəbər lenti

Bakıda tikinti materiallarının satıldığı mağazalarda güclü yanğın olub
Ölkə17:35 10.08.2017

Bakıda tikinti materiallarının satıldığı mağazalarda güclü yanğın olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə, yanğın Binəqədi rayonunun Kənd Binəqədi qəsəbəsində yerləşən tikinti materiallarının satıldığı mağazaların damında başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Yanğın ümumi sahəsi 575 kvadratmetr olan ərazidə baş verib, 264 kvadratmetr yer yanıb.

Alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Mağazaların içərisindəki elektron avadanlıqlar və tikinti materialları yanıb. 

Hazırda mağazaların mansardında söküntü işləri aparılır, sahibkarlara dəymiş ziyanın məbləği dəqiqləşdirilir.

 Qaynarinfo.Az