Xəbər lenti

Bakıda tikiş sexində güclü partlayış: yaralılar var
Ölkə13:43 12.12.2018

Bakıda tikiş sexində güclü partlayış: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kv.m olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.
Qaynarinfo Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə 2 otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb.
Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.