Xəbər lenti

Bakıda torpaq sürüşməsi oldu (VİDEO)
Ölkə09:00 18.02.2026

Bakıda torpaq sürüşməsi oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Səbail rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb.
Qaynarinfo Xəzər TV-yə istinadən xatırladır ki, buradakı yolda əvvəllər iki dəfə sürüşmə baş verib.
Sakinlər deyirlər ki, ərazidə yaşayış zonasının olması təhlükəni artırır.
Avtomobillə ərazidən mütəmadi keçən şəxslər bildirirlər ki, əvvəlki illərdəki böyük sürüşmə zamanı yol bağlanmışdı. Yenidən belə hadisənin baş verməməsi üçün işlər görülməlidir.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı açıqlama verilməyib.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, quruma sürüşmə ilə bağlı heç bir müraciət daxil olmayıb.