Xəbər lenti

Bakıda tuneldə maşın aşdı - FOTO
Ölkə18:25 20.04.2016

Bakıda tuneldə maşın aşdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda tuneldə yol qəzası olub. 
Musavat.com-un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində, Abdulvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospektini birləşdirən tuneldə baş verib. 
Tunellə yüksək sürətlə hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil tunelin divarına çırpılıb, daha sonra isə aşıb. 
Hazırda tuneldə böyük tıxac əmələ gəlib. Yol polisi əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Qaynarinfo.az