Xəbər lenti

Bakıda turizm şirkətinin rəhbəri müştərilərini soydu
Ölkə08:45 23.07.2015

Bakıda turizm şirkətinin rəhbəri müştərilərini soydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda turizm şirkətinin rəhbəri müştərilərinə qarşı dələduzluq edib. Bu barədə Qaynar.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib. 
Məlumata görə, "İnter Travel" şirkətinin direktoru bir qrup vətəndaşın etimadını qazanaraq onlardan külli məbləğdə pul alıb. 
Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "İnter Travel" şirkətinin direktoru, Ağdam rayon sakini Elnur Əliyevin cari ilin fevral-iyul aylarında Bakı şəhər sakinləri Mirəhməd Dadaşovun, Nazim Mustafayevin, Xumar Balaoğlanovanın, Bəhruz Vəliyevin, Mina Adıgözəlovanın, İlqar Həsənovun, Gəncə şəhər sakini Maqsud Ələkbərovun və Qəbələ rayon sakini Emil Məmmədovun etimadlarını qazanıb, onlardan 25360 manat pul alması müəyyən edilib. Məlumata görə, adıçəkilən şəxs yaxalanıb. 
Anspress-in məlumatına görə, şirkətin saytında buranın Bakının ən aparıcı turizm agentliklərindən biri olduğu qeyd edilir. Şirkət həm qruplarla, həm də fərdi şəxslər üçün turlar təşkili ilə məşğul olub. Şirkət dünyanın onlarla ölkəsinə səfərlər təşkil etməklə məşğul olur. 
"İnter Travel"in loqosu
Şirkətdən bilet alanlar aldadıldıqlarını deyirlər. 
Qaynar.info