Xəbər lenti

Bakıda türk şirkətində iş boykot olundu
Ölkə13:20 20.05.2014

Bakıda türk şirkətində iş boykot olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tikinti şirkətlərinə qida məmulatları satan “TOYES” şirkətinin 15 nəfər işçisi maaşlarını ala bilmədiklərinə görə işi boykot ediblər.

“Axar.az” xəbər verir ki, işi belə görən şirkət rəhbərliyi etiraz edən bütün işçiləri işdən azad edib. Şirkətin işçisi Kazım Məmmədovun bildirdiyinə görə, işdən çıxarılma səbəbləri göstərilmir: “Müqavilədə göstərilir ki, biz həftədə 8 saat işləyib qarşılığında 250 manat pul almalı idik. Amma şirkət həftə ərzində bizi 80 saat işlədib, həmin pulu verdi. Biz də buna etiraz etdik. Bundan sonra şirkət tərəfindən bildirdilər ki, işdən azad olunmuşuq”.

Qeyd edək ki, şirkətin işçiləri bildirdilər ki, şirkətlə işçilər arasında bağlanmış müqaviləyə əsasən zərurət olarsa, əlavə iş saatları qeyd olunur:

“Bu, müqavilədə var. Göstərilir ki, ehtiyac olarsa, gündəlik 8 saatdan artıq işliyə bilərik. Amma bunun müqabilində hər iş saatına görə şirkət bizə ikiqat pul ödəməlidir. İndiyə kimi əlavə işlədiyimiz saatlar üçün 1 qəpik də olsun ödənməyib”.

Qeyd edək ki, işdən çıxarılan 5 nəfərdən yalnız 3-ü Əmək müfəttişliyinə müraciət edərək işlədikləri əlavə saatların pulunu ala bilib.

Şirkətin qida sənaye işləri müdiri Harun Çoban ilə əlaqə saxlamaq istəsək də, bu, baş tutmadı. 

Qaynar.info