Xəbər lenti

Bakıda Türkiyə vətəndaşına qarşı zorakılıq
Ölkə11:24 16.04.2014

Bakıda Türkiyə vətəndaşına qarşı zorakılıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda Türkiyə vətəndaşına qarşı quldurluq edilib.

Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Türkiyə vətəndaşı Kağnıcıoğlu İshak Mehmet oğluna qarşı zor tətbiq edərək 1040 manatını almış Babək rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov tutulub.

Aparılmış araşdırma zamanı yanvarın 10-da Kağnıcıoğlu İshak Mehmet oğlunun pul, qızıl və məişət əşyalarının da V. Məmmədov tərəfindən oğurlanması müəyyən edilib.

Qaynar.info