Xəbər lenti

Bakıda Türkiyə vətəndaşının başına iş gəlib - vəziyyəti ağırdır
Ölkə11:58 02.12.2016

Bakıda Türkiyə vətəndaşının başına iş gəlib - vəziyyəti ağırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yolu keçmək istəyən Türkiyə vətəndaşını avtomobil vurub

Qaynarinfo.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 

Orada yerləşən restoranlardan birindən çıxaraq yolu keçmək istəyən Türkiyə vətəndaşı Özkurt Mehmedi avtomobil vurub. Nəticədə M.Özkurt ağır bədən xəsarətləri alıb. O, təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər M.Özkurtun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Hadisəni törədən sürücünün izahatı alınıb və avtomobili cərimə meydançasına aparılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar davam edir. 

Qaynarinfo.Az