Xəbər lenti

Bakıda üç avtomobil yanıb
Ölkə05:56 11.10.2014

Bakıda üç avtomobil yanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərində üç avtomobil yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus “PEUGEOT” markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanıb.

Bakı şəhəri, Xətai rayonunda sahibi məlum olmayan "OPEL" markalı minik avtobobilinin mühərriki və qabaq təkəri yanıb.

Digər bir yanğın hadisəsi Bakı şəhərinin Xəzər rayonunda baş verib. Bu rayonda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı elektrik dirəkləri yanğından mühafizə olunub.

Hər üç maşın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info