Xəbər lenti

Bakıda üç silahlı quldur
Ölkə11:47 04.12.2013

Bakıda üç silahlı quldur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda üç silahlı şəxs quldurluq edib.


Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində, ikinci Albalılıq yaşayış massivində qeydə alınıb.
 
Nardaran qəsəbə sakini, 1970-ci il təvəllüdlü Elşad Zaur oğlu Həsənova məxsus 10 BR 075 dövlət  nömrə nişanlı “VAZ-2106” markalı avtomobil naməlum şəraitdə oğurlanıb.
 
Aparılan araşdırma zamanı müəyyən edilib ki, həmin avtomobili qaçıran 3 maskalı şəxs dekabrın 4-də Maştağa qəsəbə sakini, 1987-ci il təvəllüdlü Firdovsi Tofiq oğlu Şəkərova məxsus mağazaya daxil olub. Həmin şəxslər avtomat, tapança və bıçaqla mağaza sahibini hədələyərək ondan 170 manat pul alıblar.
 
Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.


Qaynar.info