Xəbər lenti

Bakıda üç yeni metrostansiya inşa olunacaq
Ölkə12:20 22.11.2022

Bakıda üç yeni metrostansiya inşa olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı metropoliteni "yaşıl xətt” üzrə "Dərnəgül” stansiyasından "Koroğlu” stansiyasına qədər tikiləcək 3 yeni stansiyanın layihə-smeta sənədlərinin hazırlanmasını başa çatdırıb”.
Bu barədə bu gün Trend-ə açıqlamasında "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.
O bildirib ki, xətt üzrə bütün sənədləşmə işləri hazırdır:
"Tikinti barədə tapşırıq verilən kimi dərhal işlərə başlanacaq. Hazırda tikintiyə başlamaq üçün lazım olan bütün şərait var. Metropolitenin tikintiyə başlamaq üçün kifayət qədər texniki və zehni potensialı mövcuddur”.