Xəbər lenti

Bakıda Universitet müəllimi vəfat edib (FOTO)
Ölkə05:41 30.07.2020

Bakıda Universitet müəllimi vəfat edib (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin müəllimi Atəş Abdullayev vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə onun həmkarları bildiriblər.
1942-ci il təvəllüdlü A.Abdullayev Göyçay rayonunun Qaraman kəndində anadan olub. 1964-cü ildə ali məktəbi bitirib.
 1981-ci ildə pedaqoji elmlər namizədi, 1990-cı ildən dosentdir.
Müxtəlif vəzifələrdə çalışıb. 1990-1999-cı illərdə Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda dosent və fakültə dekanı, 1999-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda prorektor işləyib.
2016-cı il tarixindən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti idi. 
Allah rəhmət eləsin...