Xəbər lenti

Bakıda uşaq bağçaları vahid geyimə keçir
Ölkə08:40 13.01.2014

Bakıda uşaq bağçaları vahid geyimə keçir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalara gedən uşaqlar üçün vahid geyim formasının tətbiqinə başlanılıb.

Bu barədə Trend-ə BŞİH-nin nəzdindəki Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məlumat veriblər.

İdarədən bildirilib ki, bu geyimlər BŞİH-nin tabeliyindəki bütün bağcalara paylanılıb: "Həmin geyimlər uşaqların rahatlığı üçündür. Geyimlər yaxşı pambıq parçadan hazırlanıb, gigiyenik tələbələrə cavab verir".

İdarədən deyilib ki, uşaqlar bağcalara gəldikdə həmin geyimləri, evə qayıtdıqda isə onları soyunaraq öz geyimlərini geyinəcəklər.

Belə geyim formasının yay aylarında da tətbiqi olunub-olunmayacağına gəldikdə, idarədən deyilib ki, bu barədə hələ məlumat yoxdur: "Biz hələlik bağcalara bu geyimləri vermişik. Bunun nəticəsinə baxdıqdan sonra yay geyimləri barədə nə isə fikir söyləyə bilərik".


Qaynar.info