Xəbər lenti

Bakıda uşaq bağçasında asılmış kişi meyiti tapıldı
Ölkə08:13 21.07.2016

Bakıda uşaq bağçasında asılmış kişi meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda intihar hadisəsi baş verib.

"Qaynarinfo.Az"  bildirir ki, Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Rüstəm Rüstəmov küçəsi 8 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən əvvəllər uşaq bağçası kimi fəaliyyət göstərmiş tikilinin 2-ci mərtəbəsində asılmış kişi meyiti aşkarlanıb.

Araşdırmalar zamanı intihar edən şəxsin rayon sakini, 1960-cı il təvəllüdlü Faiq Həqiqət oğlu Zeynalov olması müəyyən edilib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az