Xəbər lenti

Bakıda uşaq bağçasında yanğın olub: Azyaşlılar təxliyyə edilib
Ölkə15:13 11.09.2018

Bakıda uşaq bağçasında yanğın olub: Azyaşlılar təxliyyə edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Sabunçu rayonunda yanğın olub.
Qaynarinfo-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 430 kv.m olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın bir otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız əşyalar 35 kv.m sahədə yanıb.
Yanğın zamanı bağçada olan azyaşlılar təxliyyə olunub. Xəsarət alan olmayıb.  Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.