Xəbər lenti

Bakıda uşaq evi yandırdı
Ölkə05:11 25.09.2013

Bakıda uşaq evi yandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov ev 8, mənzil 12 ünvanında yanğın baş verib.


APA-nın məlumatına görə, Sergeyeva Qalina İvan qızına məxsus 2-otaqlı mənzilin 50 kvadratmetri yanıb. Ev sahibi dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) və Xətai Rayon Polis İdarəsinə məlumat verib. Hadisə yerinə gələn yanğınsöndürənlər qısa zamanda yanğının digər evlərə keçməsinin qarşısı alıblar.

FHN-in Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsindən verilən məlumata görə, birinci çağırışla hadisə yerinə çatan yanğınsöndürənlər tez bir zamanda artan alovun qarşısını almağa müvəffəq olublar.

Xətai rayon Polis İdarəsinin hadisə yerində olan əməkdaşlarının verdikləri məlumata görə, yanğına səbəb azyaşlı uşağın kibritlə oynaması olub. Faktla bağlı araşdırma aparılır.

Qaynar.info