Xəbər lenti

Bakıda usta liftin altında qaldı
Ölkə07:10 20.06.2013

Bakıda usta liftin altında qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 10:15 radələrində Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib.

Rayon Polis İdarəsinin 30-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 10 ünvanında 9 mərtəbəli binada liftin təmiri zamanı bədbəxt hadisə hadisə olub. Nəticədə lifti təmir edən ustalardan biri ölüb, biri ağır yaralanıb.

Belə ki, təmir prosesi zamanı 1972-ci il təvəllüdlü Elçin Vələd oğlu Əliyev liftin şaxtasında olub. Ehtiyatsızlıq nəticəsində 4-cü blokun 4-cü mərtəbəsində olan lift onun üstünə düşün. Nəticədə Elçin Əliyev faciəvi şəkildə ölüb.

Lift şaxtaya düşərkən içərisində olan 1986-cı il təvəllüdlü Aslan Ziyad oğlu İslamov ağır yaralanıb. Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və təcili yardım həkimləri cəlb olunub. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info