Xəbər lenti

Bakıda üzərində bıçaq gəzdirən yeniyetməyə hökm oxundu
Ölkə14:10 11.10.2023

Bakıda üzərində bıçaq gəzdirən yeniyetməyə hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda üzərində ABŞ istehsalı olan bıçağı gəzdirməkdə günahlandırılan yeniyetmə ilə bağlı məhkəmə qərar verib. 
Qaynarinfo-nun məlumatına görə, 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş Ayxan (ad şərti) Zabrat 2 dəmir yolu stansiyasının qarşısında dəmir yolu xəttinin müəyyən olunmayan keçidindən keçdiyinə görə saxlanılıb. 
Üzəridə aparılan yoxlama zamanı onun üzərindən "STAİNLESS STEEL. USA” yazısı olan bir ədəd bıçaq götürülüb. 
Məhkəmənin qərarı ilə Ayxan Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 312 saat müddətə ictimai işlər cəlb olunma cəzasına məhkum edilib.
Aydın