Xəbər lenti

Bakıda varlı ailənin qızı niyə narkoman oldu? - PROBLEM
Ölkə05:02 10.09.2013

Bakıda varlı ailənin qızı niyə narkoman oldu? - PROBLEM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda qadın-narkomanların sayı çoxdur: Bakı şəhərinin baş narkoloqu Lyudmila Cəfərovanın sözlərinə görə, ona müraciət edən on narkomandan ikisi qadındır. “Onlar əsasən seks-sənayesinin işçiləridir, - həkim fikirlərini bölüşür, - amma elə də olur ki, qadının əri, sevgilisi və ya uşaqları onu “iynəyə otuzdurur””.

Narkoloqun sözlərinə görə, qadın narkomanları müalicə etmək onların təbiəti və psixikası etibariylə çox mürəkkəbdir, çünki qadınlar asılılığa tez düşürlər, daha çox bağlanırlar və daha çox emosional olurlar. Narkoman qadınların yaşı 18-dən başlayaraq 35-40 arasında tərəddüd edir, amma hərdən 16-17 yaşlı qızlarda da rast gəlinir.

Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova deyir ki, digərlərilə müqayisədə əsasən varlı gənc qızlar narkomanlığa məruz qalırlar. Çünki bu üsulla varlılardan pul qopartmaq asandır.

Mətanət Əzizova qızlardan birinin düşdüyü vəziyyət haqqında bir hekayə danışdı. Həmin qızı Krizis Mərkəzinə anası gətirmişdi, əksər hallarda elə belə olur, çünki narkomanlar özləri gəlmirlər.

Nigarın hekayəsi

Şərti olaraq Nigar adlandırdığımız qız varlı ailədəndir. Onun atası – biznesmendir, həmin qız elit məktəbdə təhsil alıb. Özü də yaxşı oxuyub. Elit məktəblərdə olduğu kimi, onun təhsil aldığı məktəb də iki hissədən ibarət idi – sadə ailələrdən olanlar ayrıca “əylənirlər”, varlı ailədən olanlar isə ayrı. Əlbəttə ki, bu qruplardan hər birinin özünməxsus söhbətləri olur, biriləri – şəhərətrafı bağlarda və ya Nabranda istirahətdən danışır, biriləri isə - İsveçrədə və ya Karib adalarında istirahətdən danışır. Hər bir qrupun öz dəbi var və əgər birisinin əynində sadə geyimdirsə, digərində, birincinin cibinə uyğun gəlməyən bahalı avropa brendləri, avtomobillər və narkotiklər.

Məhz – narkotiklər. Nigar deyir ki, narkotik – dəbdir, qlamurluqdur, o, belə olmalıdır. Və onu narkotikə qonaq edirlər. Birinci dəfə həmişə qonaq edirlər. Elə ikinci dəfə də qonaq edirlər. Və sonra o, bu “qlamurluq” olmadan yaşaya bilmədikdə isə, - pul istəyirlər. “Əgər yenə istəyirsənsə, onda qiymətli nəsə gətir”, - Nigara deyirlər. Və Nigar da evdən oğurluq etməyə başlayır. Valideynləri tezliklə evdən nələrinsə oğurlandığını aşkarlayırlar, əvvəl-əvvəl qulluqçunu günahlandırırlar, sonra isə öz qızının oğurluq etdiyini anlayırlar, özü də bu qız sözəxaban idi. Amma artıq gec idi – onların qızı artıq çoxdan təhsilini buraxmış və narkoman olmuşdur.

Anası göz yaşları içində qızını Krizis Mərkəzinə gətirir. Orda Nigarın nəyləsə məşğul olması üçün, onu işə qoyurlar və o, telefon zənglərinə cavab verir.

Mətanət xanım deyir ki, elə bu məqamda ən vacib an yetişir – qızın bundan sonrakı həyatı üçün bütün məsuliyyət valideynlərinin boynuna düşür. Onlar qızın kimlə ünsiyyət qurmasına diqqətlə nəzər yetirməlidirlər, onun otağının quruluşunu dəyişməlidirlər, dostları ilə olan bütün köhnə şəkilləri ləğv etməlidirlər ki, xatirələr bir daha onun yaddaşına keçmişi salmasın. Validenlər üçün bunu etmək çox ağırdır, bəzən uşaq valideynlərindən “mərhəmət umur”, yalvarır ki, onu həbsxanada olduğu kimi yaşamasına imkan verməsinlər. Bəzi valideynlərin buna səbri çatmır, öz övladlarını kömək mərkəzlərindən aparırlar, çünki onlara elə gəlir ki, övladlarıyla çox amansız davranırlar. Və sadəcə olaraq ayıq-sayıqlığı itirirlər və hər şey yenə əvvəldən başlayır.

Elə Nigarla da bu cür oldu. O, üçüncü mərtəbədən tullanaraq evdən qaçdı – o, elə həyəcanlı idi ki. O, küçədə yaşamağa başladı. Narkotik almaq üçün pulu olmadığından, fahişəliyə başladı. Valideynləri onu tapdılar və yenidən evə gətirdilər, amma o, yenə qaçdı. Onu uzun müddət axtardılar və nəhayət həbsxanada tapdılar. Nigar oğurluq üstündə həbs olunmuşdu.

Mətanət Əzizovanın dediyin görə, əgər uşaq narkoman olursa, onda bu, ilk növbədə uşağına nəzarət edə bilməyən valideynlərin günahıdır. Əgər uşaq reabilitasiyanı yarımçıq qoyursa, onda bu da valideynlərin günahıdır.

Qadın-narkomanların kateqoriyaları

Əgər kişilər əsasən özləri narkoman olurlarsa, qadınları, əksinə, buna “otuzdururlar”. “Əsas səbəb isə odur ki, qadın istənilən halda narkotikin pulunu ödəyə biləcəkdir, - Mətanət Əzizova deyir, - Lap əgər qadının pulu yoxdursa, onda fahişəliklə məşğul olub birtəhər narkotikin pulunu çıxaracaqdır”. “Ən böyük bəla burasındadır ki, cənubda, Lənkəran və Masallıda, mentalitetə fikir verən və cəmiyyətin adamlara nəzarət etdiyi bir yerdə də çoxlu qadın-narkomanlar var, - Mətanət Əzizova deyir. – Məsələ burasındadır ki, orda qadınların köməyindən daha çox narkotiklərin idxalında yararlanırlar”.

Ümumiyyətlə, nə üçün narkoman olurlar?

Sovet dövründə ən böyük fəlakət narkomaniya yox, alkoqolizm olubdur. Narkomanlar daha çox morfinist idilər – bu cür adamların bədənlərinin bir hissəsi amputasiya olunmuşdu, onlara isə ağrıların sakitləşdirilməsi üçün morfi verirdilər. Bakı şəhərinin baş narkoloqu, nakomanlarla otuz illik əmək təcrübəsinə malik Lyudmila Cəfərova deyir: “Narkomaniyanın Azərbaycanda yayılmasında Qarabağ müharibəsinin çox böyük “töhfəsi” oldu. Ümumilikdə müharibə - istənilən şəxs üçün böyük bir sınaqdır. İnsanlar müharibədən əsəbi halda qayıdırdılar, özlərini lazımsız bir əşya sayırdılar, işsiz, əlil olurdular. Bütün bu boşluqları doldurmaq üçün onların əksəriyyəti narkotiklərə meyl saldı”. Narkoloqun sözlərinə görə, narkomanlar əsasən – psixoloji tarazlığı pozulmuş, endogen nevrozlar olan, şizofreniyaya meylli və psixopatlar olurlar. “Sağlam psixikası olan adam bu cür əhatəyə düşdükdə, dərhal ordan uzaqlaşmağı bacarır”, - həkim deyir.

Əlbəttə, narkomaniyanın dərin kökləri var. İndiki vaxtlarda bunun əsas səbəbi maliyyə çətinlikləridir və yaxşı həyata can atmaq duyğusudur. “İnsanlar çox işləyirlər, bəzən iki-üç yerdə işləyirlər ki, özlərini və öz ailəsini layiqincə təmin etsinlər”, - Lyudmila xanım deyir, - uşaqlar isə bu zaman diqqətdən kənar qalırlar və yaxşı tərbiyə almırlar. Televizor ekranlarında, eyni zamanda internetdə görünən qəddarlıq və zorakılıq səhnələri uşaqların psixikasına öz mənfi təsirini göstərir. Bu halda ümumbəşəri dəyərlərin aşınması baş verir. İndi məktəblərdə beşinci-altıncı siniflərdə oxuyan şagirdilərin də siqaret çəkdiyini görmək mümkündür! On yaşlı uşaqlar isə bizim məktəblərdə keçirdiyimiz seminarlarda nə üçün adamların içməsi ilə bağlı sualımızı belə cavablandırırlar: “Rahatlanmaq üçün”. On dörd-on beş yaşlı yeniyetmələr qrup halında bloklarda yığılırlar və yapışqan iylərilər. Bundan başqa, valideynlərdən biri və ya hər ikisi narkotik qəbul edən ailələrdə uşaqların 99%-i də eyni şeyi edəcəklər. İndi belə ailələr də çoxalıbdır. Məsələ burasındadır ki, həm siqaret çəkmək, həm alkoqolizm, həm də narkomaniya böyük sosial bəlaya və asılılığa çevrilibdir. Amma adamların bir çoxu belə hesab edir ki, siqaret çəkməkdə pis bir şey yoxdur. Amma dərk etmirlər ki, nikotin asılılığı – narkotik asılılığın növlərindən biridir”.

ANN.Az