Xəbər lenti

Bakıda xadimə evdən 30 min manatlıq oğurluq etdi
Ölkə06:17 16.04.2020

Bakıda xadimə evdən 30 min manatlıq oğurluq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda evdən oğurluq hadisəsi baş verib.
Report-un xəbərinə görə, hadisə martın 15-dən aprelin 15-dək paytaxtın Nərimanov rayonunun M.Arif küçəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs N.Rzayevaya məxsus evdən 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü C.Əliyeva saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma zamanı məlum olub ki, C.Əliyeva həmin mənzildə xadimə işləyirmiş.