Xəbər lenti

Bakıda xanım jurnalist özünü öldürmək istədi - FOTO
Ölkə09:07 18.05.2015

Bakıda xanım jurnalist özünü öldürmək istədi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı jurnalist intihara cəhd edib. Səbinə Haşımova özünü öldürməyə cəhd göstərib.

Anspress-in məlumatına görə, özünə qəsd edən Səbinə çoxlu həb içib.

Ailə üzvlərinin sayıqlığı nəticəsində qızın həyatını xilas eətmək mümkün olub. Təcili Tibbi Yardım maşını ilə Respublika Klinik xəstəxanasına çatdırıblar.

Həkimlər jurnalistin mədəsini yuyaraq zəhərlənmənin qana keçməsinin qarşısını alıblar.

Hazırda xanım jurnalistin vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Həşimova Səbinə İsmayıl qızı 2003 cü ildən Trend Life.az İnformasiya agentliyində, ATV, Lider, Xəzər telekanallarında jurnalist olaraq çalışıb.

Qaynar.info