Xəbər lenti

Bakıda xanım jurnalistin avtomobilinə hücum edildi
Ölkə14:24 14.02.2017

Bakıda xanım jurnalistin avtomobilinə hücum edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün APA TV-də yayımlanan "Şou Time" verilişinin qonağı olan jurnalist Tahirə Məmmədqızının başına xoşagəlməz hadisə gəlib.
Qaynarinfo.Az baku.ws-ə istinadən xəbər verir ki, jurnalistin avtomobili qarət edilib. Hücuma məruz qalan avtomobilin pəncərələri sındırılıb və jurnalistə aid əşyalar maşından oğurlanıb.
Bu barədə o, Yalçın Uğurun aparıcısı olduğu "Şou Time" verilişində danışıb. Bundan başqa jurnalist, bir müddət əvvəl də başına oxşar hadisənin gəldiyini 6 min manat civarında brilyat əşyalarının oğurlandığını bildirib.
Qaynarinfo.Az