Xəbər lenti

Bakıda xanım yazarı maşın vurdu
Ölkə19:13 15.05.2014

Bakıda xanım yazarı maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Türkiyə kömür mədənində baş vermiş faciə ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyi qarşısına keçirilən aksiya zamanı jurnalist, yazar Sona Yaqubovanı maşın vurub. 

Aktual.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə Sona Yaqubova anım yürüşünə qatılmaq üçün aksiya iştirakçılarının toplaşdığı əks istiqamətə yolu keçərkən baş verib. Jurnalist dərhal yaxnlıqdakı 1 saylı şəhər kliniki xəstəxanaya yerləşdirilib. Aparılan ilkin müayinədən sonra jurnalistin güngül xəsarət aldığı məlum olub. Ona yüngül kəllə-beyın travması, sağ qolunun əzılməsı diaqnozu qoyulub. Sağ qolu gipsə qoyulan gənc yazar evə buraxılıb. 

Sona Yaqubova Aktual.az-a açıqlamasında vəziyyətinin qənatbəxş olduğunu bildirib: "Narahat olmayın yaxşıyam. mənə görə narahatlıq keçirən dostlarıma çox sağ ol deyirəm".

Qaynar.info