Xəbər lenti

Bakıda xəstəxananın həyətində bıçaqlanma hadisəsi
Ölkə09:48 13.09.2014

Bakıda xəstəxananın həyətində bıçaqlanma hadisəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda bıçaqlanma hadisəsi baş verib. 

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 12-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 9 saylı Ağ ciyər və vərəm Dispanserinin həyətində, orada müalicə alanlardan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Bəhramov münaqişə zəminində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Tahir Quliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Xəzər Rayon Polis İdarəsi  tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qaynar.info