Xəbər lenti

Bakıda xəstəxanaya hücum: həkimi döymək istədilər
Ölkə15:46 27.02.2015

Bakıda xəstəxanaya hücum: həkimi döymək istədilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Suraxanı rayonunda xəstəxanada insident olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə fevralın 26-da saat 10:20 radələrində Yeni Günəşli qəsəbəsində yerləşən 22 saylı Təcili Tibbi Yardım Stansiyasında baş verib.

Bakı şəhər sakini, 45-50 yaşlı Sevinc Abbasova xəstəxanaya gətirilib.

Tədqiqatçı Azər Soltanovun sayta verdiyi məlumata görə, qadın TTYS-ə gətirilərkən yolda ölüb.

Bundan sonra mərhumun yaxınları xəstəxananın qapısının şüşələrini sındırıb, həkimləri təhqir ediblər.

Qadının yaxınları həmçinin həkim, 1962-ci il təvəllüdlü Tofiq Babayevi də döymək istəyiblər.


Qaynar.info