Xəbər lenti

Bakıda xətlərə əlavə avtobuslar buraxılıb
Ölkə06:49 15.09.2014

Bakıda xətlərə əlavə avtobuslar buraxılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni dərs ilinin başlanması ilə əlaqədar Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçib
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov məlumat verib.
Onun sözlərinə görə, şəhərdaxili və şəhərlərarası avtobus nəqliyyatı sistemi, eləcə də Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
N.Həsənov, həmçinin qeyd edib ki, Bakıda şəhərdaxili nəqliyyatda sərnişinlərin çoxluğunun müşahidə edildiyi, ehtiyac duyulan istiqamətlərdə xətlərə əlavə avtobuslar buraxılır.
Katibliyinin rəisi bildirib ki, gücləndirilmiş iş rejimi bir neçə gün davam edəcək.
Qaynar.info