Xəbər lenti

Bakıda xeyli sayda insan xəsarət aldı - QƏZA+FOTOLAR (YENİLƏNİB)
Ölkə05:37 19.04.2013

Bakıda xeyli sayda insan xəsarət aldı - QƏZA+FOTOLAR (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
09:13

Bakıda ağır yol qəzası baş verib. Aprelin 19-da, səhər saatlarında Bakı Dairəvi Yolunda bir neçə maşın toqquşub.

Hadisə nəticəsində xeyli insanın xəsarət aldığı bildirilir.
 
Bakı Şəhər Dövlət Yol Polisindən bildirilib ki, ilkin məlumata görə, qəza zamanı 5 maşın toqquşub. Hadisə nəticəsində xeyli xəsarət alanın olduğunu yol polisindən də təsdiqləyiblər.
 
Qəza yerinə polis əməkdaşları, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanalara çatdırılır. 
 
Hadisə yerində araşdırma aparılır.

APA

10:37

Hadisə nəticəsində 10-dan çox insanın xəsarət aldığı bildirilir. Qəza nəticəsində Polis İdarəsinin divarı uçub, maşınların hissələri parçalanaraq ətrafa səpələnib.

Hadisə nəticəsində 4-5 maşının toqquşduğu bildirilir. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qəzada azı 2 nəfər ölüb. Xəsarət alanlar təcili tibbi yardım vasitəsilə xəstəxanalara yerləşdirilib.