Xəbər lenti

Bakıda xidmətçi evdən 30 min manat oğurladı
Ölkə06:49 05.09.2015

Bakıda xidmətçi evdən 30 min manat oğurladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Süleyman Rüstəm küçəsində yaşayan Aidə İbrahimovanın evindən 30 min manat pul oğurlanıb. "Report" xəbər verir ki, bu barədə Bakı şəhər baş polis idarəsinin yaydığı məlumatda deyilir. 
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulu oğurlamaqda şübhəli bilinən mənzildə xidmətçi işləyən, Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Mehriban Əbülfəz qızı Quliyeva tutulub.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info