Xəbər lenti

Bakıda yağış yağacaq
Ölkə06:44 31.08.2014

Bakıda yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumatına görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.

Havanın temperaturunun gecə 23-26, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə avqustun 31-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info