Xəbər lenti

Bakıda yanacaqdoldurma məntəqələri bağlandı - FOTOLAR
Ölkə05:21 03.12.2013

Bakıda yanacaqdoldurma məntəqələri bağlandı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanacağın qiymətinin artırılması xəbəri yayılandan dərhal sonra Bakıdakı yanacandoldurma məntəqələri benzin satışını dayandırıblar.

Qaynar.info-nun Musavat.com-a istinadla verdiyi xəbərə görə, dekabrın 3-ünün ilk dəqiqələrində bəzi yanacaqdoldurma məntəqələri benzini köhnə qiymətlərlə satıblar. Bunu eşidən sürücülər yanacaqdoldurma məntəqələrinə axın ediblər. Lakin çox keçmədən benzin satışı dayandırılıb, bəzi yanacaqdoldurma məntəqələri isə ümumiyyətlə bağlanıb. Bu səbəbdən yanacaqdoldurma məntəqələrində növbə yaranıb. Gecə işləyən taksi sürücüləri, eləcə də, rayonlara getməyə hazırlaşan avtomobil sahibləri çətin vəziyyətdə qalıblar. Onların benzinin təzə qiymətlərlə satılması ilə bağlı tələbləri də yerinə yetirilmir.

Qaynar.info