Xəbər lenti

Bakıda yanacaqdoldurma məntəqəsinin tavanı uçdu - VİDEO
Ölkə06:22 14.01.2014

Bakıda yanacaqdoldurma məntəqəsinin tavanı uçdu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqisinin tavanı güclü küləyin əsməsi nəticəsində uçdu.


Anspress xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Alminium və taxta konstruksiyadan ibarət olan tavan əsən küləyin gücünə tab gətirməyərək yanacaqdoldurma sahəsinə düşdü. Xoşbəxtlikdən hadisə yerində insan yox idi. Amma hadisə nəticəsində 2 avtomobilə ziyan dəyib. Avtomobillərdən birinin qabaq şüşəsi zədələnib. O biri avtomobilin isə yan hissəsi əzildi. Hadisədən dərhal sonra aşmış tavanın qalıqları işçilər tərəfindən yığışdırıldı.

Güclü külək Şamaxıda günorta saatlarında rayon kənarında magistral yol kənarındakı yaşayış evlərinə, ağaclara və avtomobillərə ziyan vurub. Bir ağacın aşması nəticəsində sakinlər Ədalət Kərimov və Ətəşmasib Niftaliyevə məxsus olan avtomobillərə zərər dəyib. Hadisə zamanı avtomobil sahibi Təhmasib Niftaliyev özü də xəsarət alıb.

Rayon ərazisində ona yaxın evin dam örtüyü dağılıb, elektrik dirəkləri aşıb.

Qaynar.info