Xəbər lenti

Bakıda yandırılan tonqallarda 6 uşaq yanıq xəsarəti alıb
Ölkə10:12 15.03.2017

Bakıda yandırılan tonqallarda 6 uşaq yanıq xəsarəti alıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlaxır çərşənbəsi axşamı Bakıda yandırılan tonqallarda 6-sı uşaq olmaqla 7 nəfər yanıq xəsarəti alıb.

Bunu "Report"un sorğusuna cavab olaraq Respublika Yanıq Mərkəzindən bildiriblər. 

Məlumata görə, ötən gecə mərkəzə 7 nəfər gətirilib. Onlardan 6 nəfəri uşaq, biri isə 73 yaşlı şəxs olub: "Onlar Bakının müxtəlif ərazilərində yandırılan bayram tonqallarında yanıq xəsarətləri alıblar. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 73 yaşlı kişinin müalicəsi isə mərkəzdə davam etdirilir".

Qaynar.Az