Xəbər lenti

Bakıda yanğın: ölən var - FOTO
Ölkə05:39 26.05.2015

Bakıda yanğın: ölən var - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yaşayış evi yanıb. Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində qeydə alınıb. 
Həmin ünvanda yerləşən fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Artıq yanğın söndürülüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yaşayış evinin söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
Yanğın kəşfiyyatı zamanı ev sahibəsi, 1948-ci il təvəllüdlü Səlimova Tamilla Miryusif qızının yanmış meyiti aşkar edilib. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanıb.
Qaynar.info