
FHN: Yanğın binanın alkopan üzlük hissəsində baş verib, mənzillərə keçməsinin qarşısı alınıb
Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın tam söndürülüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, yanğın barədə məlumat saat 13:52-də daxil olub. Dərhal hadisə yerinə Nəsimi, Səbayel və Yasamal rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib.
Ə.Novruzov qeyd edib ki, yanğın 6-cı mərtəbədən 16-cı mərtəbəyədək binanın alkopan üzlük hissəsində baş verib: “Yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq”.
Qeyd edək ki, yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.
14:19
Bakıda yaşayın binası yanır.
Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın Fikrət Əmirov, 2 ünvanındakı binada qeydə alınıb. Yanğın 4-cü mərtəbədən yuxarıda başlayıb. Yanğınsöndürən briqadaları hadisə yerinə gediblər.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından daha sonra bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur.
14:04
Qaynar.info xəbər verir ki, Hökumət Evinin arxasında yerləşən hündürmərtəbəli binada güclü yanğın baş verib.
Hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Sakinlər evakuasiya edilir. Yanğın getdikcə şiddətlənir.
Qaynar.info
FOTO: Namiq Ağayev


