
Bu gün Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
Qaynar.info-nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin 2 otağı, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 38 kv. m sahədə yanıb. Həmçinin digər otaqda olan əşyalar isə yüksək temperaturdan qismən əryib. 14-cü mərtəbədə isə digər vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin pəncərə çərçivələri 8 kv. m sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 20 nəfər bina sakini təxliyə olunub.Hər iki mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 13:48-də söndürülüb.
Qaynar.info





