Xəbər lenti

Bakıda yaşayış binasında yanğın: Xəsarət alan var
Video 09:05 09.01.2026

Bakıda yaşayış binasında yanğın: Xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Qaynarinfo xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Daxil olan məlumat əsasında dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hadisə yerində aparılan ilkin qiymətləndirmə zamanı müəyyən olunub ki, yanğın 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzildə baş verib və alovun digər mənzillərə keçmə təhlükəsi mövcud olub.

FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi təmin edilib.

Yanğın nəticəsində ümumi sahəsi 119 kvadratmetr olan üçotaqlı mənzilin dəhlizində bir ədəd yataq dəsti yanıb, dəhlizin divar kağızları 9 kvadratmetr sahədə zədələnib, otaqların və hamamın qapıları qismən yanıb. Yüksək temperaturun təsirindən hamamın lambirdən ibarət tavanı 5 kvadratmetr sahədə deformasiyaya uğrayıb.

Xilasedicilər tərəfindən xəsarət alan bir nəfər təcili tibbi yardım briqadasına təhvil verilib. Eyni zamanda bina sakinləri təhlükəsizlik məqsədilə təxliyə olunublar.

Mənzilin qalan hissəsi, eləcə də qonşu mənzillər yanğından mühafizə edilib.

--> -->