Xəbər lenti

Bakıda yaşayış binasında yanğın -  Bir nəfər tüstüdən zəhərləndi
Ölkə15:47 12.02.2022

Bakıda yaşayış binasında yanğın - Bir nəfər tüstüdən zəhərləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.
Qaynarinfo bu barədə fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binanın 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və ev əşyaları 2 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.