Xəbər lenti

Bakıda yaşayış binasında yanğın: iki polis və üç azyaşlı zəhərləndi
Ölkə07:44 03.02.2018

Bakıda yaşayış binasında yanğın: iki polis və üç azyaşlı zəhərləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanındayerləşən binanın girişindəki mağazada yanğın olub. 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzildə olan insanlar təxliyyə olunub, hadisə nəticəsində iki polis əməkdaşı tüstüdən zəhərlənib. Onlar 1 saylı Klinik Tibbi Mərkəzə aprılıb.
Hadisə zamanı tüstüdən zəhərlənən 2004-cü il təvəllüdlü Kərəm Səfərli, 2006-cı il təvəllüdlü Elcan Səfərli və  2009-cu il təvəllüdlü Selcan Səfərliyə də ilkin tibbi yardım göstərilb, vəziyyətləri normaldır. Zərərçəkənlər qohumdurlar.