Xəbər lenti

Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB
Ölkə10:10 29.07.2014

Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
13:05

Bakıda yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Xətai rayonu, Şirvani küçəsi 2A ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb. Yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.
 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

15:10

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Xətai rayonu, Şirvani küçəsi -  2A ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birində baş verən yanğına ilkin ehtimala görə qısaqapanma səbəb olub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Qaynar.info