Xəbər lenti

Bakıda yaşayış evi yandı: xəsarət alan var
Ölkə13:26 26.04.2013

Bakıda yaşayış evi yandı: xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yaşayış evi yanıb.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Buta qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 24 yaşlı Seymur Rüstəmovun evində baş verən yanğına qısaqapanmanın səbəb olduğu bildirilir.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

Yanğın zamanı ev sahibi S. Rüstəmov yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.