
Yüksək temperaturdan mətbəxin, hamamın və dəhlizin lambirdən ibarət tavanı əriyib
Bakıda yaşayış evində yanğın baş verib. Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 2 otaqlı evin çardağının yanar konstruksiyaları 5 kv.m sahədə yanıb.
Yüksək temperaturdan mətbəxin, hamamın və dəhlizin lambirdən ibarət tavanı 80 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info