Xəbər lenti

Bakıda yaşlılar və təqaüdçülər üçün pulsuz kökələr - FOTO
Ölkə12:08 25.03.2016

Bakıda yaşlılar və təqaüdçülər üçün pulsuz kökələr - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İki gün əvvəl yaxınlıqdakı şirniyyat mağazasında maraqlı və məni sevindirən bir elana rast gəldim. Mağaza həftənin beş günü səhər saat 9-dan 12-dək yaşlılara və təqaüdçülərə pulsuz səhər bulkası verir.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, bunun üçün həmin insanlardan hər hansı sənəd tələb edilmir. Hətta mağaza həmin bulkaları satışa getməsin deyə fərqli formada bişirtdirir:

"Sualıma cavab olaraq bildirdilər ki, bu qayda şirkətin bütün mağazalarına aiddir və tək bu mağazadan gündə 20-25 nəfərə pulsuz bulka verilir. Elanı azərbaycanca da yazmağı və bulkini şənbə-bazar günü də verməyi təklif etdim. Hacı Zeynalabdin Tağıyevin ruhu Azərbaycanda yaşayırmış..."

Qaynar.info