Xəbər lenti

Bakıda yataqxana yandı
Ölkə04:47 11.05.2013

Bakıda yataqxana yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Bakıda yataqxana binasında yanğın baş verib.

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda 5 mərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan otaqda 1 ədəd çarpayi və yataq dəsti, 1 kv.m sahədə divar kağızı yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yanğından otaq mühafizə olunub. Yanğın saat 21:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info