Xəbər lenti

Bakıda yeni söküntü dalğası: hansı binalar söküləcək?
Ölkə18:53 08.06.2015

Bakıda yeni söküntü dalğası: hansı binalar söküləcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın mərkəzi hissəsinin müfəssəl planına əsasən, söküntü aparılacaq ərazilər məlum olub. Qaynar.info "Xəzər TV"yə istinadən xəbər verir ki, həmin planda söküntü işlərinin bir neçə mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. 
Söküntü aparılacaq küçələr də artıq məlumdur. Bu küçələr paytaxtın mərkəzi hissəsində yerləşir. Buraya Vidadi, Dilarə Əliyeva, İstiqlaliyyət küçələri və başqa ərazilər daxildir. 
Növbəti mərhələdə "Sovetski" adlanan ərazinin yerdə qalan hissəsi söküləcək. Bundan əlavə, Şəmsi Bədəlbəyli küçəsinə bitişik küçələrdə söküləcək binalar müəyyənləşdirilir
Sökülən ərazilərdə hansı obyektlərin tikiləcəyi də məlumdur.
Qaynar.info