Xəbər lenti

Bakıda yeni təmir olunan yol niyə çökdü? (AÇIQLAMA/FOTO/VİDEO)
Ölkə07:33 04.10.2017

Bakıda yeni təmir olunan yol niyə çökdü? (AÇIQLAMA/FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yeni istifadəyə verilmiş yolda çökmə baş verib.

"Qaynarinfo"nun primetime.az-a istinadən məlumatına görə, Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb. Nəticədə böyük çuxur əmələ gəlib. Yaranan çuxura görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, ötən ilin iyun-sentyabr aylarında Qara Qarayev prospektində yenidənqurma və təmir işləri aparılıb.

Məsələ ilə əlaqədar "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Qrumu rəsmisi "Qaynarinfo"ya açıqlamasında hazırda bərpa işlərinin aparıldığını və çökmənin yolun keyfiyyət məsələsi ilə əlaqədar olmadığını bldirdi:

"Orada istifadə müddətini bitirmiş kollektor olub. Kollektor dağıldığı üçün yolda da çökmə baş verib. Yol keçən il təmir olunmuşdu. Çökmə yolun çəkilişinin keyfiyyətliliyi ilə əlaqədar deyil. Kollektorun çökməsi nəticəsində çirkab suları yol yatağını yuduğundan, nəticədə quyu əmələ gəlib. Hazırda "Azəravtoyol" və "Azərsu"nun əməkdaşları əraziyə cəlb olunub. Kollektorun bərbası istiqamətində aidiyatı qurum tərəfindən işlər aparılacaq, daha sonra isə biz yolun bərpasını həyata keçirəcəyik.

Qaynarinfo.Az