Xəbər lenti

Bakıda yeni tikiləcək park belə olacaq - FOTOLAR
Ölkə06:15 04.09.2013

Bakıda yeni tikiləcək park belə olacaq - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nərimanov rayonunda daha bir park tikilir.

Milli.Az xəbər verir ki, bu barədə Nərimanov rayon icra hakimiyyətindən bildiriblər.

Məlumata əsasən, istirahət guşəsi Heydər Əliyev prospektində, Heydər Əliyev mərkəzinin yaxınlığındadır.

Parkın ümumi sahəsi 1 hektardır. Burada fəvvarələr, müasir işıqlandırma sistemiləri quraşdırılacaq, dekorativ ağaclar və kollar əkiləcək, sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq.

Bundan başqa, həmin rayonun ərazisində Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsindəki park da artıq hazırdır.

Qaynar.info